Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanı sayan olmadı - Rəsmi İrəvan növbəti səhvini etdi

Ermənistanı sayan olmadı - Rəsmi İrəvan növbəti səhvini etdi

Tarix: 2 Aprel 2021 10:57

"Ermənistan ATƏT-in büdcəsinin, habelə ATƏT-in Ukraynadakı Xüsusi Nəzarət Missiyasının qəbulu prosesini əngəlləməyə çalışdı. Səbəbi isə odur ki, Ukrayna Azərbaycanın strateji tərəfdaşıdır".

Bunu Sonxeber.net-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Politoloq bildirib ki, Bakı ilə Kiyev arasındakı siyasi dioloqun müsbət məcrada davam etməsi Ermənistanı qıcıqlandırır:

"Demək olar ki, Azərbaycan həmişə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib, Ukrayna da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Bu dəstəkdən də irəli gələn qarşılıqlı siyasi kömək, siyasi anlaşmalar var. Azərbaycan beynəlxalq platformalarda da rəsmi şəkildə Ukraynanın mövqeyini həmişə dəstəkləyir, eləcə də onlar eyni münasibətdədirlər. Ermənistan Azərbaycana yaxın olan dövlətlərin hamısını düşmən cərgəsinə yazır, çalışır onların obrazına qarayaxmayla məşğul olsun. Biz burada qərəzli yanaşmanın şahidi oluruq. Ona görə də Ermənistanın Ukraynaya qarşı bu cəhdi təəccüblü deyil. Çünki Ukrayna birincisi, Şərqi Avropada yerləşən vacib ölkələrdən biridir. O cümlədən də tranzit ölkəsi sayılır. Azərbaycanla da həm qaz, həm yanacaq məsələsində həmişə çalışıb sıx əlaqələr qursun. 

Ermənistan mane olmağa çalışsa da Bakı ilə Kiyev arasında olan siyasi dialoq həmişə müsbət məcrada davam edir. Bu da təbii ki, rəsmi İrəvanı qıcıqlandırır. Onlar həmişə özləri üçün bəhanə axtarırlar ki, Azərbaycanın mövqeyinə, digər ölkələrlə münasibətlərinə istədikləri tərzdə zərbə endirsinlər. Amma bu əbəsdir. Ermənistanın istəyi dünya çapında heç bir əhəmiyyət kəsb etmir. Bu elə bir dövlət deyil ki, onun mövqeyi, yanaşması xüsusi bir yükə, çəkiyə malik olsun. O cəhətdən də Ermənistanın bu tip yanaşmaları faktiki olaraq nəzərə alınmır. 

Əgər rəsmi İrəvan istəyirsə ki, onun başqa ölkələrlə münasibətləri normal şəkildə davam etsin, Ermənistan nüfuz sahibi olsun, o zaman gələcəkdə əlbəttə ki, ilk növbədə öz davranışlarına korrektələr etməlidir. O baxımdan hələ ki, Ermənistanda elə bir sağlam qüvvənin dövlətin başına keçməsini, hakimiyyətdə olmasını müşahidə edə bilmirik. Və bu, ola bilsin ki, hələ yaxın müddətdə də alınmayacaq".

Təhməz Əsədov


Etiketlər:  Ermənistanı sayan olmadı Rəsmi İrəvan növbəti səhvini etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ