Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Erməni qatillər cəzasız qalmamalıdır'' - Arye Qut

''Erməni qatillər cəzasız qalmamalıdır'' - Arye Qut

Tarix: 2 Aprel 2021 15:42

"1918-ci ilin martında Bakıda və Şamaxıda baş vermiş hadisələr bu qanlı cinayətlər zəncirinin başlanğıcı olub".

Bunu Sonxeber.net-a açıqlamasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin və İsraildə Azərbaycan Evinin rəhbəri Arye Qut deyib.

O bildirib ki, azərbaycanlılara qarşı soyqrım törətməkdə təqsirkar olan olanlar məsuliyyətə cəlb edilməlidir:

"Mart ayının bir neçə günü ərzində həmin şəhərlərdə və ətraf bölgələrdə yaşayan dinc azərbaycanlı əhali dəhşətli cəzalara məruz qalıb. Azğınlaşmış bolşevik-daşnak silahlı qüvvələri bu insanları öldürür, döyür, əsir götürür, qarət edir, bir sözlə, hamını və hər şeyi məhv edirdi

Biz həlak olanlara görə kədərlənirik, onların xatirəsini ehtiramla yad edirik, buna görə intiqam almaq yox, ədalət tələb edirik! Əsas məqsəd ədalətə nail olmaqdır, ədalət isə müharibə cinayətləri, insanlığa qarşı cinayətlər və kütləvi qətllər törədilməsində təqsirkar olanları məsuliyyətə cəlb etməkdən ibarətdir. Azərbaycanlılara qarşı irqçi cinayət törədən şəxslər, eyni zamanda əsrin soyqrımlarından olan Xocalının qatilləri beynəlxalq məhkəmə qarşısında cavab verməlidir. Cinayət cəzasız qalmamalıdır".

Təhməz Əsədov


Etiketlər:  Erməni qatillər cəzasız qalmamalıdır Arye


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ