Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Aprel 2021 15:10
Aprelin 3-də Hindistanın Çxattisqarx ştatında Mao silahlı qruplaşması ilə döyüşlərdə təhlükəsizlik qüvvələrinin ən azı 22 əməkdaşı həlak olub, 31 əməkdaşı yaralanıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, döyüşlərdə Hindistan ordusunun 2 mindən çox xüsusi təyinatlısı iştirak edib.
Mao silahlılarının da çoxsaylı itki verdiyi bildirilir.
Qeyd edək ki, Hindistanda 1960-cı illərdən fəaliyyət göstərən Mao qruplaşması marksizm və leninizm ideyalarını təbliğ edir, hazırda Hindistanın 28 ştatından 14-də aktivdirlər. Dehli Mao qruplaşmasını daxili təhlükəsizliyə başlıca təhdidlərdən biri sayır.