Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zelenski Rusiya şirkətlərinə qarşı sanksiyaları təsdiqlədi

Zelenski Rusiya şirkətlərinə qarşı sanksiyaları təsdiqlədi

Tarix: 4 Aprel 2021 21:39

Ukrayna Prezidenti Vladimir Zelenski Milli Müdafiə və Təhlükəsizlik Şurasının Rusiyanın bir sıra qurumlarına və şirkətlərinə qarşı sanksiya tətbiq edilməsi qərarını təsdiqləyib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, qərara əsasən, "Rossotrudnichestvo"ya (MDB işləri, xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentlik), "Volqa-Dnepr" şirkətinə və digər 10-dək müəssisəyə məhdudiyyətlər tətbiq olunacaq. Onlar qaçaqmalçılıqda ittiham olunurlar.

"Rossotrsudnichestvo"nun rəhbəri Yevgeni Primakov hələlik sanksiya ilə bağlı Ukrayna hökumətindən rəsmi bildiriş almadıqlarını bildirib.

Milli.Az


Etiketlər:  Zelenski Rusiya şirkətlərinə qarşı sanksiyaları təsdiqlədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ