Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gələcəyə olan ümidlərimiz - VİDEO

Gələcəyə olan ümidlərimiz - VİDEO

Tarix: 5 Aprel 2021 12:40

Futbolçu yetişdirmək üçün düzgün sistem qurulmalıdır

Milli.Az Real TV-ə istinadən bildirir ki, hazırda karonavirus pandemiyası səbəbindən futbol oyunları əksər ölkələrdə boş tribunalar önündə keçirilsə də, bu idman növünün bəzəyi qol ilə yanaşı həm də azarkeşlərdir.

Əbəs yerə deyilmir ki, futbol azarkeşlər üçün oynanılır. Rəğbət etdiyimiz komanda qalib gələndə sevinir, məğlub olanda üzülürük. Təbii ki, bu uğursuzluq bir müddət davam etdikdə isə ilk növbətə baş məşqçi postundan kənarlaşdırılır. Hər yeni gələn məşqçi isə azarkeşlər üçün yeni bir ümiddir. Bizim millimizdə olduğu kimi.

Məsələn, Berti Foqts gedir, yerinə Robert Prosineçki gəlir. Prosineçki gedir, Qurban Qurbanov gəlir. Qurbanov gedir, əvəzinə Nikola Yurçeviç postu ələ keçirir. Hazırkı ümidimiz isə italiya Cianni De Byazidir. 5 il əvvəl Albaniya kimi komandanı Avropa çempionatına daşıyan italiyalı mütəxəssis hələ ki, seçməmizlə keçirdiyi 10 oyuna 1 qələbə qazanıb. Bu da ümidin sevincə çevrilməsinə hələ çox qaldığını göstərir.

Məşqçinin rolu komandada böyük olsa da, futbolu oynayan futbolçulardır. Onları da yetişdirmək üçün əsasən uşaq futboluna diqqət yetirmək lazımdır. Ölkəmizdə fəaliyyət göstərən futbol akadameyalarından biri də Baku Sportinqdir. Akademiyada bütün yaş qrupları üzrə məşqlər keçirilir. Klubun yetirmələri AFFA-nın liqalarında da mübarizə aparırlar.

Klubun məşqçilərindən biri olan Fərid Məmmədov uşaqların kluba cəlb edilməsində müəyyən kriteriyaların olduğunu bildirib.

Ölkəmizdə "Baku Sportinq" kimi daha bir neçə futbol akademiyaları var. Yəni ki, uşaqlar var... Şərait də var... Qalır bu şəraitdən düzgün yararlanıb, futbola həvəsi olan uşaqları əsil oyunçu kimi yetişdirmək. Ümid edir ki, gördüyümüz bu uşaqlar böyüyüb beynimizə həkk etdiyimiz "Azərbaycanda futbol yoxdur" fikrini nə vaxtsa dəyişəcəklər. Axı uşaqlar bizim ümidimizdir...

Milli.Az


Etiketlər:  Gələcəyə olan ümidlərimiz VİDEO


RƏYLƏR