Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyev: Peyvəndlərin qeyri-bərabər və ədalətsiz paylanması bizi dərindən narahat edir

Prezident İlham Əliyev: Peyvəndlərin qeyri-bərabər və ədalətsiz paylanması bizi dərindən narahat edir

Tarix: 6 Aprel 2021 20:15

Peyvəndlərin inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında qeyri-bərabər və ədalətsiz paylanması bizi dərindən narahat edir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə aprelin 6-da Ümumdünya Səhiyyə Təşkilatının İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil qərargahında təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesusun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videomüraciətində deyilir.

Prezident İlham Əliyev bildirib:

"Builki Ümumdünya Sağlamlıq Günü "Daha ədalətli və daha sağlam dünyanın qurulması" mövzusuna həsr olunub. Bu mənada peyvəndlərin bərabər və ədalətli şəkildə paylanması məsələsi mühüm əhəmiyyət kəsb edir. Bununla belə, peyvəndlərin inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında qeyri-bərabər və ədalətsiz paylanması bizi dərindən narahat edir. Bəzi ölkələr ehtiyacı olduğundan dəfələrlə çox peyvənd tədarük edir. Aydındır ki, belə şəraitdə digər ölkələr peyvənd qıtlığı ilə üzləşəcək.

Azərbaycan peyvəndlərin paylanmasında ədalətliliyi dəstəkləyərək BMT-nin İnsan Hüquqları Şurasında "Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi" adlı qətnamə layihəsi irəli sürüb. Qətnamə bu il martın 23-də konsensus əsasında qəbul edilib".


Etiketlər:  Prezident İlham Əliyev Peyvəndlərin qeyri bərabər ədalətsiz paylanması bizi dərindən narahat edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ