Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Oxumaq üçün anamın qarşısında diz çökdüm'' - Həmidə Ömərova

''Oxumaq üçün anamın qarşısında diz çökdüm'' - Həmidə Ömərova

Tarix: 7 Aprel 2021 13:24

"Valideynlərim rəsmi ayrılanda 15 yaşım var idi. Atamın ikinci ailəsi oldu. Çox yaxşı ögey bacı və qardaşlarım var. Onlara ögey demirəm, çox yaxşıdırlar. Biz doğmayıq. Ögey anam çox yaxşı qadın olub. O, dünyasını dəyişəndə o qədər ağlamışam ki... Anam sağ olanda qoymurdu onlarla görüşüm".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Həmidə Ömərova məşhur stilist Anar Ağakişiyevin "Dəyişən cavab" proqramında deyib. Aktrisa sualları cavablandıraraq, ailəsindən danışıb. H.Ömərova bildirib ki, çox sərt xasiyyətli anası olub:

"17 yaşıma qədər atam mənə məktublar yazırdı, amma anama görə onları görmürdüm. Onun başqa həyatı var idi. Günlərlə mübahisəmiz olurdu, Moskvaya oxumağa getdim. İcazə almaq üçün anamın qarşısında diz çökdüm. Bilərəkdən ki, anamın xasiyyəti sərtdir, aktrisalıq addımı atdım. Deyirdi, bizim nəsildə aktrisa yoxdur, olmaz. Həkim, müəllimə ol. Dedim, mənim üçün maraqlı deyil.

Anam ömrünün son günlərində amneziya olmuşdu. Məni anası kimi görürdü. Bütün yaddaşı itmişdi, bircə "Qara gilə" mahnısını oxuyurdu".

Aktrisa oğlu Rəhimi evləndirmək istədiyini söyləyib:

"Bütün analar istəyir ki, oğlu tez evlənsin. Sürətpərəstəm, istəyərdim, gəlinim bir az qayınanasına oxşasın. Əsas oğlumu sevsin. Mümükün deyil, ana kimi sevsin. Ana hər zaman narahat qalır ki, oğluma yaxşı baxmadı, köynəyini mənim kimi ütüləmədi. Hərdən evdə zarafatla deyirəm ki, qız azərbaycanlı olsun. Amma gəlib desə ki, qız əcnəbidi, onu sevirəm, razılaşacam. Onun arzusu odursa, heç nə deyə bilməyəcəm. Təbii ki, istəmərəm, amma övladım fakt qarşısında qoysa, heç nə demərəm".

Həyat yoldaşından söz açan H.Ömərova "İllər keçdikcə yoldaşım məni oğlumdan çox anlayır, qədrimi daha çox bilir. Oğlum gəncdir. Telefonla danışanda belə gedib otaqda qapını bağlayır. Yaxşı ki, bir-iki dostunu tanıyıram, gec gələndə zəng edirəm. Oğluma vaxtında çox zaman ayırmışam, amma təbiətin qanunudur" deyə, əlavə edib.


Etiketlər:  Oxumaq üçün anamın qarşısında çökdüm Həmidə Ömərova


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ