Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şahzadə ikinci dəfə evlənir - FOTOlar

Şahzadə ikinci dəfə evlənir - FOTOlar

Tarix: 7 Aprel 2021 17:20

34 yaşlı Lüksemburq şahzadəsi Lui ikinci dəfə evlənməyə hazırlaşır.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu haqda kral sarayı məlumat yayıb.

"Şahzadənin oğlu Luinin nişanlanma xəbərini sevinc hissi ilə yayırıq. O, Skarlet Loren Sirqlə ailə qurmağa hazırlaşır" deyə, xəbərdə qeyd edilib.

Lui Lüksemburq hersoginiyası Anri və Marii-Terezanın beş övladından biridir. O, kral taxtının varislərindən deyil. Buna səbəb bir neçə il əvvəl bundan imtina etməsi olub.

Lui 2006-cı ildə Tessi Antoni adlı xanımla ailə qurub. Onların iki oğlan övladı dünyaya gəlib, 2017-ci ildə rəsmi boşanıblar. Tessi də hazırda ikinci dəfə ailə qurmağa hazırlaşır.


Etiketlər:  Şahzadə ikinci dəfə evlənir FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ