Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sinir sisteminin damar xəstəlikləri

Sinir sisteminin damar xəstəlikləri

Tarix: 8 Aprel 2021 08:15

Sinir sisteminin damar xəstəlikləri ölümün və əlilliyin ən çox rast gəlinən səbəblərindən biridir.
Beyin qan dövranının fizioloji mahiyyəti sistem arterial təzyiqin artmasına və ya azalmasına cavab olaraq beyin arteriyalarının genişlənməsi və daralması təşkil edir. Normada sistem arterial təzyiq 60-180 mm c.st. həddində beyin qan dövranı nisbətən sabit qalir. Patoloji vəziyyətdə isə (arterial hipertenziya, beyin qan dövranının kəskin pozulması, beyin şişləri) özünütənzimləmə prosesləri təsirsiz olduğundan, sistem arterial təzyiqin dəyişməsindən asılı olaraq beyin qan dövranı da dəyişikliyə uğrayır.
Təsnifatı:
Baş beynin damar pozğunluqlarının arasında xroniki beyin-damar çatışmazlığı və beyin-qan dövranının kəskin pozulması ayırd edilir. Xroniki beyin damarlarının çatışmazlığı beyin qan dövranı çatışmazlığının başlanğıc təzahürləri tipi üzrə dissirkulyator ensefalopatiya tipi üzrə keçə bilər. BQKP beyin qan dövranının tranzistor (keçici pozulması və beyin insultu ) formasında təzahür edir.
Morfoloji əlamətlərinə görə işemik və humorragik insult ayırd edilir.
Xroniki beyin damar çatışmazlığı - xroniki beyin damar çatışmazlığı - serebrovaskulyar patologiyanın ən çox rast gəlinən təzahürüdür. Adətən vegeativ damar distoniyası, ateroskleroz, arterial hipertenziya fonunda yaxud onların birgə müşahidə olunduğu halda baş verir.
Beyin qan dövranının çatışmazlığının başlanğıc təzahürləri - əksər hallarda ateroskleroz və hipertoniya xəstəliyi etioloji amil hesab olunur. Klinik olaraq baş ağrıları, başgicəllənmə, başda səs-küy, yaddaşın pisləşməsi, iş qabiliyyətinin azalması ilə təzahür edir. Bu əlamətlərin ikisi yaxud daha çoxu birgə rast gəlindikdə diaqnoz qoyulur.
Həm orqanik həm funksional tip başgicəllənmələrin müalicəsində effektiv təsirə malik vasitə elgonil preparatıdır. Preparat 150mq/gün dozasında təyin olunur.

Milli.Az


Etiketlər:  Sinir sisteminin damar xəstəlikləri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ