Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Lenovo Legion Phone Duel 2” smartfonu təqdim edilib

“Lenovo Legion Phone Duel 2” smartfonu təqdim edilib

Tarix: 9 Aprel 2021 10:42

“Lenovo” şirkəti yeni nəsil oyun smartfonunu rəsmən təqdim edib. O, Avropa bazarında “Legion Phone Duel 2”, Çin bazarında isə “Legion Phone Pro 2” adı ilə təklif olunacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, bir sıra unikal xüsusiyyətlərə malik qurğu 2460 × 1080 piksel (Full HD formatı) təsvir ölçülü 6,92 düym diaqonallı böyük “AMOLED” ekranla təchiz edilib. Displeyin yeniləmə tezliyi 144 giqahers, sensor qatının reaksiya tezliyi 720 giqahers təşkil edir. “DCI-P3” rəng məkanının 111,1 faiz əhatə olunması bildirilir. Kontrastlıq 1 000 000:1 nisbətindədir. Həmçinin “HDR10 ” texnologiyası dəstəklənir.

 

Smartfona “5G” modeminin inteqrasiya edildiyi qabaqcıl “Qualcomm Snapdragon 888” prosessoru quraşdırılıb.

 

“LPDDR5” operativ yaddaş tutumu 12, 16 və 18 giqabayt təşkil edə bilər. Sürətli “UFS 3.1” fləş toplayıcısının tutumu 256 və ya 512 giqabayta bərabərdir.

 

Enerjini ümumi gücü 5500 milliamper/saat təşkil edən ikikomponentli akkumulyator batareyası təmin edir. Bundan əlavə, 90 vatlıq sürətli enerjidoldurma dəstəklənir. Qabaritlər 176 × 78,5 × 9,9–12,56 millimetr, çəki 259 qram təşkil edir.

 

Qiyməti 799 avro olan “Lenovo Legion Phone Duel 2” smartfonuna “Lenovo ZUI 12.5” interfeysli “Android 11” əməliyyat sistemi quraşdırılıb.

 

Nizam Nuriyev




Etiketlər:  Lenovo Legion Phone Duel smartfonu təqdim edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ