Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Pfizer-BioNTech”in azyaşlılara vurulması üçün müraciət edildi

“Pfizer-BioNTech”in azyaşlılara vurulması üçün müraciət edildi

Tarix: 10 Aprel 2021 08:10

"Pfizer-BioNTech" vaksininin ABŞ-da 12-15 yaşlılara tətbiqi üçün ABŞ Qida və Dərman Dairəsinə müraciət edilib.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, müraciət təcili istifadəni nəzərdə tutur.

Şirkətin açıqlamasında bildirilib ki, keçən ay aparılan araşdırmaya əsasən, vaksinin 12-15 yaşlılarda 100 faiz təsir göstərdiyi müəyyənləşdirilib:

"Müraciətimiz qlobal vaksinasiya təşəbbüslərini genişləndirmək üçün hökumətləri dəstəkləmək çalışmları baxımından vacib addımdır".

Qeyd edək ki, "Pfizer-BioNTech" vaksini ABŞ-da ABŞ Qida və Dərman Dairəsindən istifadə icazəsi alan və istifadəsinə başlanılan ilk peyvənddir.


Etiketlər:  Pfizer BioNTechin azyaşlılara vurulması üçün müraciət edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ