Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Abşeronda iki Mercedes toqquşub, xəsarət alanlar var - FOTO

Abşeronda iki Mercedes toqquşub, xəsarət alanlar var - FOTO

Tarix: 10 Aprel 2021 08:14

Abşeron rayonu, Masazır dairəsində işıqforun qırmızı işığından keçən avtomobil qəzaya uğrayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı "Mercedes" markalı avtomobil eyni markalı digər nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə sonuncu avtomobildə olan sərnişinlər - ana və övladı ağır xəsarət alıb.

Hadisə yerinə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Milli.Az


Etiketlər:  Abşeronda iki Mercedes toqquşub xəsarət alanlar var FOTO


RƏYLƏR