Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pandemiya şahzadənin dəfn planını dəyişə bilər

Pandemiya şahzadənin dəfn planını dəyişə bilər

Tarix: 10 Aprel 2021 10:38

Böyük Britaniya Kraliçası II Elizabetin həyat yoldaşı, ötən gün vəfat edən Şahzadə Filipin dəfn planına pandemiya səbəbindən yenidən baxılıb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə London Heraldika palatasının yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, mərasim Londonda fəxri şəkildə müşayiət olunmayacaq, şahzadənin cənazəsi vida üçün sərgilənməyəcək və Vindzorda planlaşdırılan tədbirlərdə ictimaiyyətin iştirakı qəti şəkildə tövsiyə olunmur.

"Dəfn mərasimi dövlət səviyyəsində icra olunmayacaq, cənazə xalqla vida üçün nümayiş etdirilməyəcək. Əlahəzrətin cənazəsi dəfn olunmazdan əvvəl Vindzor qalasında olacaq. Bu, adətə əsaslanır və eyni zamanda, Əlahəzrətin istəkləri ilə bağlıdır. Dəfn mərasiminin formatı və vaxtı ilə bağlı son tövsiyələr lord-kamerger (MI-5 əks-kəşfiyyat xidmətinin keçmiş rəhbəri Endryu Parker) və Baş nazir Boris Consonun Ülyahəzrətlə (Kraliça II Elizabet) keçirəcəyi məsləhətləşmələrdən sonra Britaniya hökuməti tərəfindən verilməlidir. Heraldika palatasından bildirilib ki, bundan sonra dəfn mərasimi Bukingem sarayı tərəfindən elan olunacaq", - deyə sənəddə qeyd olunub.


Etiketlər:  Pandemiya şahzadənin dəfn planını dəyişə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ