Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tvitter “Clubhouse”u 4 milyard dollara almaq istəyir

Tvitter “Clubhouse”u 4 milyard dollara almaq istəyir

Tarix: 10 Aprel 2021 19:12

Tvitter şirkəti son aylar "Clubhouse" sosial şəbəkəsinin satın alınması haqqında danışıqlar aparıb.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu barədə məlumatlı mənbələrə istinadən "Bloomberg" agentliyi bildirib.

Mənbələrin məlumatına görə, sazişin qiyməti 4 milyard ABŞ dollar qiymətləndirilir. Hazırda danışıqlar naməlum səbəbdən dayandırılıb.

Tvitterin nümayəndəsi buna şərh verməkdən imtina edib, "Clubhouse"da agentliyin sorğusuna cavab verməyiblər.

Daha əvvəl Tvitter şirkəti "Spaces" audioplatformasının beta versiyasını buraxıb. Yeni versiyanın "Clubhouse"a rəqib olduğu vurğulanırdı. Hazırda heç də bütün istifadəçilər platformadan açıq danışıqların keçirilməsi üçün istifadə edə bilmirlər.

"Clubhouse" istifadəçilərin qeyd və daha çox yayılma imkanı olmadan səsli mesajlarla ünsiyyət qurduğu sosial şəbəkədir. Tətbiqə qoşulmaq üçün artıq qeydiyyatdan keçmiş bir istifadəçidən dəvət almaq lazımdır.


Etiketlər:  Tvitter Clubhouseu milyard dollara almaq istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ