Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2021 20:18
"Liverpul" İngiltərə Premyer Liqasında növbəti oyuna çıxıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 32-ci turda "Aston Villa"nı qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.
"Liverpul" - "Aston Villa" - 2:1
Qollar: Vatkins, 43 (0:1), Salah, 57 (1:1), Aleksandr-Arnold, 90+1 (2:1)
Bu nəticədən sonra xalını 52-yə yüksəldən Yurgen Kloppun baş məşqçisi olduğu komanda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. "Aston Villa" isə 44 xalla 10-cudur. Turnir cədvəlinə 74 xalla "Mançester Siti" başçılıq edir.