Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-dan yerli peyvəndlə bağlı açıqlama

ABŞ-dan yerli peyvəndlə bağlı açıqlama

Tarix: 10 Aprel 2021 20:26

ABŞ Qida və Dərman İdarəsi (FDA) koronavirusa qarşı "Johnson&Johnson" peyvəndi ilə tromb yaranması arasında əlaqə görmür.

"Hazırda peyvəndlərlə trombozun əlaqəsini tapmadıq və bu halları araşdırmağa və qiymətləndirməyə davam edirik", - deyə FDA-dan bildirilib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, araşdırmalar üçün lazım olan məlumatlar Avropa Dərman Agentliyinə (EMA) təqdim edilib.

"Johnson&Johnson" şirkətindən də vaksinasiya ilə tromboz arasında heç bir əlaqə olmadığı bildirilib.

Xatırladaq ki, ABŞ-da "Johnson&Johnson" dərman şirkətinin iki kütləvi peyvənd mərkəzi vaksinasiya olunmuş vətəndaşlarda müəyyən edilən mənfi reaksiyalar səbəbi ilə müvəqqəti bağlanıb.


Etiketlər:  ABŞ yerli peyvəndlə bağlı açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ