Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2021 22:56
Avropa Komissiyasının nümayəndələri bu ilin martında informasiya texnologiyaları sistemlərinə kiberhücum edilməsini açıqlayıblar. Kiberhücuma Avropa Komissiyası və Avropa İttifaqının bir neçə təşkilatının İT infrastrukturu məruz qalıb.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, Avropa Komissiyasının nümayəndəsinin sözlərinə görə, Aİ kompüter insidentlərinə qarşı mübarizə mərkəzi (CERT-EU), eləcə də hücuma məruz qalan İT həll tədarükçüsü ilə sıx əməkdaşlıq edir. "Ciddi məlumat sızıntısı hələ ki aşkarlanmayıb, lakin insidentin araşdırlması hələ ilkin mərhələdədir", - təşkilat nümayəndəsi qeyd edib.
Hazırda insidentin xarakteri və ya kiberhücuma kimin cavabdeh olması barədə məlumat verilmir.