Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyul 2019 13:00
Bakı. Elçin Mehdiyev – Trend:
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasının başlanması məsələsinə münasibət bildirib.
Trend-in məlumatına görə, C.Qurbanov qeyd edib ki, sərnişindaşınmaya başlanması təkcə Azərbaycandan asılı deyil. Amma Azərbaycanın Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasına başlamağa hazır olduğunu da vurğulayıb.
C.Qurbanovun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişindaşımaya başlanılmaması digər ölkələrlə əlaqədardır. O qeyd edib ki, Gürcüstan və Türkiyə tərəfləri bu xəttlə sərnişin qatarının işə düşməsinə hazır olduqdan sonra sərnişin daşımalarına başlanılacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin