Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2021 21:20
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, "Zirə" klubu evdə autsayder "Keşlə" ilə qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə başa çatıb.
Bu nəticədən sonra xallarını 32-yə çatdıran meydan sahibləri 3-cü pillədə mövqeyini qoruyub. Qonaqlar isə 19 xalla sonuncu sırada qalıb.
Tura bu gün "Qarabağ" - "Sumqayıt" matçı ilə yekun vurulacaq.
Qeyd edək ki, ötən gün baş tutan görüşlərdə "Qəbələ" evdə "Neftçi" ilə 2:2, "Sabah" isə "Səbail"lə 0:0 hesablı heç-heçəyə razılaşıb.