Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2021 11:16
"Məğlubiyyət bizim alnımızda ləkədir. O ləkəni təmizləməliyəm deyən" şəhid Rövşən Rüstəmovun dünən 22 yaşı tamam oldu.
Xezerxeber.az-ın məlumatına görə, Rövşən Rüstəmov təhsilinə Dənizçilik Akademiyasında başlayıb.
Atasının vəfatından sonra ailənin bütün yükünü üzərinə alaraq həm işləyib, həm də oxuyub. Əsgərliyə gedəndə isə qısa zamanda nailiyyətləri ilə fərqlənib. Çox keçməmiş onu briqada komandiri vəzifəsinə təyin ediblər. Tək arzusu ömrü boyu vətənə layiqincə xidmət etmək olub. Vətən müharibəsi başlayanda Tərtər-Ağdərə istiqamətinə yola düşüb.
Anası Reyhan xanım deyir ki, oğlu döyüşlərə böyük həvəslə qoşulub.
Getdiyi gündən erməniləri torpaqlarımızdan qovacağını deyən şəhidimiz 15 gün qəhrəmancasına döyüşüb. Dayısına hər zəngində anasından muğayət olmağı tapşırıb.
Şəhid Rövşən Rüstəmov anası ilə danışdıqdan 2 saat sonra mühasirəyə düşərək yaralanıb. Oktyabrın 6-sı isə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: