Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2021 11:56
ABŞ-ın yeni B-21 Raider strateji bombardmançısı Çin üçün real təhdid kəsb edə və Sakit okeanda qüvvələr balansını dəyişdirə bilər.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu iddia ilə amerikalı hərbi ekspert Aleks Xollinqs çıxış edib. Onun sözlərinə görə, Vaşinqton indiyə qədər Pekinə Cənubi Çin dənizində effektiv müqavimət göstərə bilmir. O, bunun Çinin DF-17 hipersionik raketləriylə əlaqəli olduğunu bildirib.
Xollinqs Çinlə müharibə yaşanacağı halda bunun quru yox, dənizdə olacağını və bu işdə ABŞ-a ən böyük yardımı B-21-lərin edəcəyini bildirib.