Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Venesuelada Kubanın ''Abdala'' vaksini istehsal olunacaq

Venesuelada Kubanın ''Abdala'' vaksini istehsal olunacaq

Tarix: 12 Aprel 2021 20:42

Venesuela Havana hökumətinin əməkdaşlığı ilə Kubanın COVID-19 əleyhinə "Abdala" vaksinini istehsal edəcək.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Karakasda dövlət laboratoriyasında istehsal olunan vaksin hələ kliniki sınaqların ikinci mərhələsindədir.

Ölkənin vitse-prezidenti Delsi Rodrigesin sözlərinə görə, bu həftə Venesuela təqribən 11 milyon doza vaksin almaq üçün COVAX mexanizmindən yararlana bilib. Bu da ölkə əhalisinin peyvəndlənməsi üçün zəruri olan vaksinin 20 faizini təşkil edir. Rusiyanın "Sputnik V" və Çinin "Sinopharm" vaksinlərinin tədarükü barədə razılaşmalar qüvvədə qalır.

Venesuelada koronavirus pandemiyasının ikinci dalğası səhiyyə sisteminin iflasına gətirib çıxarıb. Rəsmi məlumatlara əsasən, ölkədə 175 min nəfər COVID-19-a yoluxub, təxminən 1800 nəfər bu xəstəliyin qurbanına çevrilib. Praktik olaraq bütün mənbələr rəqəmlərin azı dörd dəfə azaldılması fikrində həmrəydirlər.

Bu günədək Venesuela yalnız 750 min vaksin alıb. Bu vaksinlərlə hökumətin hərbi-siyasi qüvvələri və tibbi heyət peyvənd olunub.

"Abdala" Kuba hökumətinin istehsal etdiyi dörd vaksindən biridir. Bu yaxınlarda Ümumdünya Səhiyyə Təşkilatı "Abdala"nı COVID-19 əleyhinə vaksinin prototipi qismində qəbul edib.


Etiketlər:  Venesuelada Kubanın Abdala vaksini istehsal olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ