Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnfarkt riskini azaldır, qəbizliyin qarşısını alır - Fındığın İNANILMAZ FAYDALARI

İnfarkt riskini azaldır, qəbizliyin qarşısını alır - Fındığın İNANILMAZ FAYDALARI

Tarix: 12 Aprel 2021 23:27

Tozağacıkimilər fəsiləsinə aid olan fındıq zülalla, mürəkkəb karbohidratlarla, hüceyrəli və doymamış yağlarla, dəmir, kalsium, maqnezium, sink, protein kimi minerallar, E vitamini ilə zəngindir. Hər gün 25-30 qram fındıq yemək gündəlik E vitamini ethiyacını 100 faiz ödəyir. Tərkibində isə xolesterin yoxdur. Fındıq ləpəsinin tərkibində olan yağın 96%-i insan üçün faydalı olan doymamış turşulardan - olein və linol turşularından təşkil olunub.

Sonxeber.net bildirir ki, fındıq bədənə güc və enerji verir. Zehni, fiziki yorğunluğu aradan qaldırır. Tərkibində olan yüksək kalsium sümükləri və dişləri gücləndirir. Fındıqda pəhriz lifi 1-3 % nisbətində olur. Bunun sayəsində bağırsaqda yaranan kimyəvi birləşmələr toksik təsirlərin, qalın bağırsaq xəstəliklərinin, qəbizliyin qarşısını alır. Serum lipid səviyyəsini və qanda olan şəkəri salır.

Fındıq ağciyər xəstəliklərində faydalıdır. Qanazlığı, həzm və qan dövranı sistemi pozuntularının qarşısını almaqda kömək edir.

Fındıqdan istifadə qanda xolesterinin artmasının, qan-damar xəstəliklərinin yaranmasının qarşısını alır. Müntəzəm olaraq fındıq yemək infarkt riskini azaldır. O, həmçinin inkişaf edən orqanizm üçün də çox lazımlıdır. Buna görə də fındıq uşaqların, cavanların, əsasən isə yaşlıların qidasının ayrılmaz bir hissəsini təşkil etməlidir.

Fındıq qanazlığına, sümüklərin inkişafına kömək edir. Fındığın daha bir faydası isə onun yağındadır. Fındıq yağı böyrək daşlarını və qumunu salmağa yardım edir. Həm də böyrək ağrılarına da yaxşı təsir göstərir. Lakin yüksək təzyiq və mədəsindən şikayəti olanlara çox istifadə məsləhət görülmür.

Fındığın yağından kosmetologiyada da geniş istifadə edilir. Dəriyə nəm, parlaqlıq, canlılıq verir. Hamiləlikdən sonra yaranan dəri çatlamaları, deformasiyanın aradan qaldırılmasında istifadə edilir.

Fındıq yağının çox gözəl dəriyə sahib olmaq üçün effekti var. Sınanmış vasitədir. Dəri üçün ən gözəl nəmləndiricidir. Həm fındığın özü həm də yağı həqiqətən də faydalıdır. (publika.az)


Etiketlər:  İnfarkt riskini azaldır qəbizliyin qarşısını alır Fındığın İNANILMAZ FAYDALARI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ