Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2021 13:52
Rusiyanın Birinci kanalındakı axşam şousunun aparıcısı İvan Urqant, Vladimir Leninin məqbərəsinin aprelin 17-dən ziyarətçilərə açılacağı xəbərinə kinayəli şəkildə münasibət bildirib.
Sonxeber.net-ın lent.az-a istinadla verdiyi xəbərə görə, komediyaçı zarafatla orada yatan sovet rəhbərinin koronavirus virusuna yoluxdurulmasını təklif edib.
Urgant və digər aparıcıs Dmitri Xrustalev məqbərəni ziyarət edənlərin sosial məsafəni qorumalı və fərdi qoruyucu vasitələr taxmalı olduqlarına təəccübləniblər.
"Məncə, bunlar lazımsız tədbirdir. Əksinə, insanları məqbərəyə maskasız buraxmaq lazımdır... koronavirus, nəhayət Leninin yanına gəlsin. Koronavirusun əsas məqsədi budur - Çindən Leninin yanına getmək", - şoumen zarafat edib.
O, Leninin cəsədinə girdikdən sonra koronavirusun ona çinli inqilabçı, siyasətçi Mao Tsedunqdan "böyük salamlar" göndərəcəyini əlavə edib.