Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2021 10:30
Türkiyənin İzmir şəhərinin Menemen rayon sakini, 42 yaşlı Fatma Yüce dostları ilə yemək yedikdən sonra boğazında ağrı hiss edib.
Sonxeber.net xezerxeber.az-a istinadən xəbər verir ki, bu ağrıdan dolayı həkimə müraciət edən Yücəyə boğaz infeksiyası diaqnozu qoyulub.
Təkrar müayinə zamanı isə məlum olub olub ki, onun dilinə iynə batıb.
Həkim bildirib ki, bu kimi şikayətlərlə çox zaman baş örtüklərini taxarkən ağızlarında iynə saxlayan və bu zaman iynəni udan şəxslər müraciət edirlər.
O qeyd edib ki, bu hadisənin yemək zamanı baş verməsi qəribədir.