Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Serialın iki ulduzu koronavirusa yoluxdu, çəkiliş dayandırıldı

Serialın iki ulduzu koronavirusa yoluxdu, çəkiliş dayandırıldı

Tarix: 14 Aprel 2021 12:55

Kanal D-də yayımlanan məşhur "Sadakatsiz" serialının iki ulduzu koronavirusa yoluxub.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Melis Sezen (Derin) və Alp Akarda (Ali) "COVID-19" aşkarlanıb. Ev şəraitində müalicə olunan iki tanınmış simanın vəziyyətinin ağır olmadığı açıqlanıb.

Onların virusa yoluxması serial çəkilişlərinin dayandırılması ilə nəticələnib.

Serial bu həftə yayımlansa da, növbəti bölümün tamaşaçı qarşısına çıxıb-çıxmayacağı sual altındadır.

Qeyd edək ki, bir neçə gün əvvəl serialda Haluk obrazını canlandıran aktyor Burak Sergenin halı anidən pisləşib və o, reanimasiyaya yerləşdirilib.


Etiketlər:  Serialın ulduzu koronavirusa yoluxdu çəkiliş dayandırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ