Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rejissor Eldar Quliyev dəfn olundu

Rejissor Eldar Quliyev dəfn olundu

Tarix: 18 Aprel 2021 13:54

Xalq artisti, rejissor Eldar Quliyev dəfn olunub.

Milli.Az APA-ya istinadən bildirir ki, o, vəsiyyətinə uyğun olaraq "Qurd qapısı" qəbiristanlığında, həyat yoldaşının yanında dəfn edilib.

Pandemiya ilə əlaqədar ailəsi dəfndə kənar şəxslərin iştirak etməməsini xahiş edib.

Qeyd edək ki, E.Quliyev uzun sürən xəstəlikdən sonra aprelin 16-da vəfat edib.

Xatırladaq ki, rejissorun övladları xarici ölkələrdə yaşadıqları üçün onların iştirakı ilə əlaqədar dəfn bu günə təyin olunub.

Milli.Az


Etiketlər:  Rejissor Eldar Quliyev dəfn olundu


RƏYLƏR