Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Məndən sonra oğlan saçı düzəldən qadınların sayı çoxalıb'' - Kişi bərbəri olan Həcər - FOTO

''Məndən sonra oğlan saçı düzəldən qadınların sayı çoxalıb'' - Kişi bərbəri olan Həcər - FOTO

Tarix: 18 Aprel 2021 14:44

3 ildən çoxdur ki, kişi bərbərliyi ilə məşğulam. Bu sənəti seçməyimdə məqsəd insanların təəccübünə səbəb olmaq idi. Çünki hər zaman insanları təəccübləndirməyi düşünmüşəm, mənim xarakterim də fərqlidir, yenilikləri sevirəm.

Fikirləşdim ki, ölkəmizdə kişi bərbərləri var ki, qadın saçı kəsirlər, amma kişi bərbəri olan qadınlar demək olar ki, yoxdur. Qərara aldım və bu sənətə başladım. Bir yaxın dostum var, həm də ustamdır. Onun yanına getdim, mənə bu sənətin sirlərini öyrətdi. Ustam deyirdi ki, hər bir müştərinin saçına individual yanaş

Bunu moderator.az-a açıqlamasında 3 ildən çoxdur ki, kişi bərbəri olaraq çalışan Həcər Piriyeva deyib. Bərbər daha sonra əlavə edib.

"Biz otaqda iki usta işləyirik, bəzən elə olur ki, qapını açıq qoyuruq, təsadüfən müştəri içəri girir, məni kişi saçı kəsən yerdə görür, ona maraqlı gəlir. Müdiriyyətin yanına gedib, mənim haqda maraqlanır. Soruşur ki, bu xanımın əl işi necədir? İnstaqram səhifəmdə əl işlərimi paylaşıram, bəzi izləyicilər elə bilir ki, işi kişi həmkarlarım görür, mən sadəcə çəkiliş üçün bir-iki detal düzəldirəm. Əsla elə deyil. Heç vaxt qadın saçı kəsə biləmərəm, hətta öz saçımı belə kəsə bilmirəm, qadın saçında özümü usta olaraq görmürəm. Əsas odur ki, işini sevəsən, işinin peşəkarı olasan. Əgər sən müştərini işinlə məmnun edə bilirsənsə, bu sənin işinin, sənətinin uğurudur. Belə olan halda o müştəri ikinci dəfə də gələcək. Mənə görə heç bir fərqi yoxdur. Hətta deyərdim ki, məndən sonra kişi saçı düzəldən qadın bərbərlərin sayı çoxalıb. Sevinirəm ki, onlara işimlə motivasiya verə bilmişəm. Hətta mənə xanımlarımız bu işin incəliklərini öyrənmək üçün də yazırlar. Lakin mənim şəxsi salonum yoxdur deyə hələ ki, tələbə götürüb, öyrədə bilmirəm. Amma gələcəyinə fikirləşirəm" deyə Həcər bildirib.

Həcər İbrahimova kişi bərbəri olmağın çətinliklərindən də danışıb.

"Bu sənətin marağlı tərəfləri olduğu kimi çətin tərəfləri də var. Müştərilər olur ki, vaxt yazdırıb gəlmirlər. Məni də işimdən edirlər, çünki onlara görə mən başqa müştəri götürmürəm. Əgər gəlməyəcəksənsə niyə öncədən növbə götürüb, vaxtımı alırsan? Bu heç yaxşı hərəkət deyil. Bunu sənətimə qarşı hörmətsizlik kimi qəbul edirəm", - bərbər bildirib.


Etiketlər:  Məndən sonra oğlan saçı düzəldən qadınların sayı çoxalıb Kişi bərbəri olan Həcər FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ