Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

DİN: Cinayət törətməkdə şübhəli bilinən 97 nəfər tutulub

DİN: Cinayət törətməkdə şübhəli bilinən 97 nəfər tutulub

Tarix: 19 Aprel 2021 13:50

Ötən gün daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilmiş 68 cinayətin üstü "isti izlər"lə açılıb.  

Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 əfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol nəqliyyat hadisəsi baş verib, 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 51, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 97 nəfər saxlanılıb.

Milli.Az


Etiketlər:  DİN Cinayət törətməkdə şübhəli bilinən 97 nəfər tutulub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ