Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2021 18:38
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti və karantin rejimi qaydalarına riayət edilməsi istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşları rayon ərazisində sanitar-epidemioloji normaların qorunmasının təmin edilməsi məqsədi ilə iri ticarət obyektlərində reyd keçirib. Bu obyektlərdə olan işçilər və müştərilərlə profilaktiki səpkidə söhbətlər aparılıb, qayda pozuntusuna yol vermiş 8 nəfər barəsində isə protokollar tərtib edilib.
Bundan əlavə, yol polisləri tərəfindən də rayon ərazisində reyd keçirilib. Reyd zamanı yol hərəkəti qaydalarını pozan və eyni zamanda karantin rejiminə əməl etməyən 18 sürücü barəsində inzibati qaydada tədbirlər yerinə yetirilib.