Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bayden iki ay sonra Slovakiyaya səfər edə bilər

Bayden iki ay sonra Slovakiyaya səfər edə bilər

Tarix: 20 Aprel 2021 08:44

ABŞ Prezidenti Co Baydenin iki aydan sonra Slovakiya və ya Balkan ölkələrindən birinə səfər etməsi gözlənilir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Slovakiyanın "Pravda" qəzeti məlumat yayıb.

"Avropanın şərq hissəsində Baydenin iki ay sonra səfər edə biləcəyi iki yer var. Bu, Bratislava və ya Balkan dövlətlərindən biri olacaq", - deyə qəzet Dövlət Departamentindəki mənbədən sitat gətirib.

Qeyd edək ki, ABŞ prezidenti iyun ayında Avropaya səfər etmək niyyətindədir. O, NATO sammitində iştirak etməyi planlaşdırır.

Milli.Az


Etiketlər:  Bayden iki ay sonra Slovakiyaya səfər edə bilər


RƏYLƏR