Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cenifer Lopes füsunkarlığını itirmir - FOTO

Cenifer Lopes füsunkarlığını itirmir - FOTO

Tarix: 20 Aprel 2021 18:45

Bəzən münasibətlərə son qoymaq qadına müsbət təsir göstərir - qaməti düzəlir, simasında səmimi gülüş yaranır. Belə görünür ki, 51 yaşlı məşhur ifaçı və aktrisa Cennifer Lopeslə də bu baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Grazia" xəbər yayıb.

Ötən həftə Cennifer Lopes və beysbolçu Aleks Rodriqes ayrıldıqlarını elan etdilər. Cütlük rəsmi açıqlama verdi.

Bununla belə ulduz kədərli görünmür.

Aprelin 20-də Lopes çəkilişlər vaxtı adətən dincəldikləri avtoevin astanasında çəkilən şəkillərini paylaşıb. Fotolarda ağ köynək və eyni rəngdə cinsdə olan ifaçı əlində fincanla pilləkənlərin üzərində oturmuş halda əks olunub.

Şəkillərin aktrisanın söhbət elədiyi əsnada çəkildiyi görünür. Cey Lo şəklinin çəkiləcəyi barədə xəbərdar edilmədiyi üçün fotolarda səmimi və emosional görünür.

Pərəstişkarları bu görünüşünü yüksək qiymətləndiriblər və ona dəstək veriblər. 

Xatırladaq ki, məşhurların eşq macərası 2017-ci ildə başlamışdı. Rodriqes və Lopes bir müddət sonra əvvəlki evliliklərindən olan uşaqlarını bir yerdə tərbiyə verməyə başladılar. İki il sonra idmançı sevgilisinə evlilik təklifi etdi və o razı oldu. Lakin əvvəlcə Cennifer Lopesin konsert turuna görə, sonra isə pandemiya səbəbindən onların toyu təxirə düşdü.

Milli.Az


Etiketlər:  Cenifer Lopes füsunkarlığını itirmir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ