Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2021 12:10
Təhsil kreditləri həm təhsil haqqını, həm də təhsil alan zaman çəkilən digər xərclərin tam ödənilməsini əhatə edəcək.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, bu, "Ali təhsil haqqında" qanun layihəsinin ilkin versiyasında öz əksini tapıb.
Layihədə qeyd olunur ki, təhsillə əlaqədar xərclərə yaşayış yerinin kirayəsi, yemək, tədris materialları, nəqliyyat xərcləri də daxil olacaq. Təhsil kreditinin orta aylıq məbləği hər tədris ilinə görə inflyasiya və indeksasiya nəzərə alınmaqla müəyyən ediləcək.
Təhsil ilinin başlamasından 5 iş günündən gec olmayaraq təhsil kreditləri ilə bağlı müsabiqə elan olunacaq. Müraciət edənlərin məlumatları təhlil edilərək 5 iş günü ərzində ekspertizası keçirilir və təhsil kreditinin verilib-verilməyəcəyi ilə bağlı müraciət edənə cavab veriləcək.
Milllət vəkili Vüqar Bayramov bildirir ki, təhsil krediti ali təhsil almaq üçün maddi imkanı kifayət etməyən bir çox gəncin arzularını reallaşdırmasına geniş imkanlar yaradacaq.
Tələbələrlə təhsil krediti müqaviləsi bağlanılır. Kreditin qaytarılma müddəti kreditin istifadə müddətinin iki dəfəsindən az və 20 ildən çox ola bilməz. Təhsilalan təhsil kreditini müəyyən edilmiş müddətdən əvvəl də qaytara bilər və bu halda krediti qaytardığı gündən sonrakı dövrə hesablanmış faizləri ödəməkdən azaddır.
Krediti alan təhsil müddəti bitdikdən sonra əmək fəaliyyətinə başlayıbsa 2 ildən gec olmayaraq kredit borcunu ödəməyə başlamalıdır. Təhsil krediti üzrə faizlər təhsil müddəti və təhsili başa vurduqdan sonrakı 2 il üçün hesablanmır. Millət vəkili Vüqar Bayramovun sözlərinə görə kreditin gec müddətə qaytarılması tələbələri təhsil alan zaman maliyyə qayğısından azad edəcək.
Təhsil kreditlərində bir sıra güzəştlər də nəzərdə tutulub.
Layihəyə əsasən, təhsil kreditlərinin qeydiyyatı məqsədi ilə Təhsil Krediti Reyestri yaradılır və "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"nə qoşulur.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: