Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avtobuslarla bağlı qadağa yumşaldılmalara səbəb ola bilər - Səhiyyə Nazirliyi - VİDEO

Avtobuslarla bağlı qadağa yumşaldılmalara səbəb ola bilər - Səhiyyə Nazirliyi - VİDEO

Tarix: 21 Aprel 2021 13:50

Koronavirusa yoluxma sayı artmaqdadır, lakin yenə də ciddi təlaşa ehtiyac görmürəm. Çünki peyvəndlənməyə başlamışıq deyə prosesin qarşısını almağı düşünürük.

Milli.Az xəbər verir ki, bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşı Könül İsmayılova deyib. O bildirib ki, peyvəndlənmə prosesi bu gedişatla davam edərsə, aidiyyəti qurumlar yumşaldılma ilə bağlı qərar verə bilər:

"Peyvəndlənmə prosesi bu sürətlə davam edərsə, əhalinin 60-70 faizinin peyvəndlənməsinə nail olacağıq. Bu gedişat isə brifinqdən sonra yumşaldılmanın nə dərəcədə tətbiq edilməsini göstərəcək".

Həkim onu da qeyd edib ki, avtobuslara bağlı qəbul edilən qərarın effektivliyi olarsa, yumşaldılmalara gedilə bilər:

"Adətən, qadağalar tətbiq olunduqdan sonra yoluxma sayında azalmalar müşahidə olunur. Bu qadağanın da effektivliyini görərsək, yumşaldılmalar gözlənilə bilər", 

Milli.Az


Etiketlər:  Avtobuslarla bağlı qadağa yumşaldılmalara səbəb ola bilər Səhiyyə Nazirliyi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ