Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uğursuzluğa düçar olan Superliqanın detalları bəlli olub

Uğursuzluğa düçar olan Superliqanın detalları bəlli olub

Tarix: 21 Aprel 2021 19:14

Uğursuzluğa düçar olan Superliqa layihəsinin bəzi detalları bəlli olub.

Sonxeber.net "apasport"-a istinadən xəbər verir ki, baş tutmayan turnirin iştirakçılarının futbolçularının maaşlarına məhdudiyyət nəzərdə tutulub.

Bu, amerika futbolu və basketbol üzrə qapalı liqalara xas olan qaydadır. Superliqa klublarının oyunçularına verdiyi maaşlar ümumi gəlirlərin 55 faizindən artıq ola bilməz.

Hazırda Avropa klubları gəlirinin təxminən 70-80 faizini futbolçuların maaşlarına xərcləyir. Buna məhdudiyyətlərin qoyulması, həmçinin gəlirlərin bölünməsi barədə anlaşma futbol nəhənglərinə aşağı dəstəyə yuvarlanmaq təminatı və iri məbləğlər qazanmağa kömək etməlidir. 

Layihənin tərəfdarları arasında "Mançester Yunayted", "Liverpul", "Arsenal" və "Milan" kimi klubların sahibləri yer alıb. Onlar gənc tamaşaçı auditoriyası üçün oyunların müddətinin qısaldılmasını da istisna etməyib.

Qeyd edək ki, Superliqanın yaradılması barədə öncədən 12 klub açıqlama yayıb. Bunlar "Mançester Yunayted", "Mançester Siti", "Arsenal", "Çelsi", "Tottenhem", "Liverpul" (hamısı İngiltərə), "Real", "Barselona", "Atletiko" (hamısı İspaniya), "Milan", "İnter" və "Yuventus" (hamısı İtaliya) idi. Lakin sonradan 12 klubdan 10-u dünya futbol ictimaiyyətinin təzyiqi ilə üzləşərək yarışa qatılmaqdan imtina edib. Yalnız "Real"la "Barselona" bu yöndə bəyanat yaymayıb.


Etiketlər:  Uğursuzluğa düçar olan Superliqanın detalları bəlli olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ