Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsveçrədə koronavirusa qarşı peyvənd olunmuş şəxslər özünütəcrid öhdəliyi daşımayacaq

İsveçrədə koronavirusa qarşı peyvənd olunmuş şəxslər özünütəcrid öhdəliyi daşımayacaq

Tarix: 21 Aprel 2021 21:38

İsveçrənin Federal Səhiyyə İdarəsi Peyvənd Məsələləri üzrə Federal Komissiya ilə koronavirus pandemiyası ilə əlaqədar karantin qaydalarında dəyişiklik aparıblar.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, mRNA texnologiyası əsasında peyvənd olunmuş şəxslər peyvəndin ikinci komponentindən 14 gün sonra virusa yoluxmuş şəxslərlə təmasda olduqları halda özünütəcrid öhdəliyi daşımayacaqlar. Özünütəcrid öhdəliyindən azadolma müddəti hələlik altı ay üçün nəzərdə tutulur. Müddətin altı ay seçilməsi isə elmi tədqiqatlar əsasında peyvəndlərin mühafizə müddətinin azı altı ay olması barədə məlumatlara söykənir.

Komissiyanın üzvü Xristof Berqer bildirib ki, peyvəndlərin təsir müddəti barədə məlumatlar mütəmadi şəkildə izlənilir və əgər yaxın müddətdə təsir gücünün daha uzun müddət üçün keçərli olduğuna dair yeni tədqiqat nəticələri açıqlanarsa, o zaman özünütəcriddən azad edilmənin müddəti də müvafiq şəkildə uzadılacaq.


Etiketlər:  İsveçrədə koronavirusa qarşı peyvənd olunmuş şəxslər özünütəcrid öhdəliyi daşımayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ