Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İbn Sinanın hər dərdə dəva MÜALİCƏ ÜSULLARI

İbn Sinanın hər dərdə dəva MÜALİCƏ ÜSULLARI

Tarix: 22 Aprel 2021 08:36

Dahi şərq alimi İbn Sinanın müalicə üsulları bu günədək öz aktivliyini qoruyub saxlayır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, görkəmli təbibin təbii müalicə üsullarını təqdim edir.

İshal üçün

İnqrediyentlər: 2 litr su, 100 qram turş nar qabığı

Hazırlanması: Nar qabığını suda qaynadın, soyuduqdan sonra tox qarına 1 stəkan için. Təsiri qısa müddət ərzində hiss olunur.

Yara müalicəsi üçün
İnqrediyentlər: 1 yemək qaşığı sumaq və bal

Hazırlanması: Sumağı əzib balla qarışdırın. Yara olan yerə bu qarışığı sürtün. Təxminən 1 saat sonra ilıq su ilə yaxalayın. Yara qabıq bağlayana qədər proseduru davam edin.
Böyrək daşı üçün

İnqrediyentlər: 2 yemək qaşığı üzüm çəyirdəyi, 1 stəkan qazlı su

Hazırlanması: İkisini qarışdırıb için. Bu təbii qarışıq sayəsində böyrək daşlarından asan yolla xilas ola biləcəksiniz.

Ağız qoxusuna qarşı

İnqrediyentlər: 3,5 q dərman alpiniyası, 3,5 q quru zəncəfil, 3,5 q mixək, 3,5 q hil, 3,5 q istiot, 70 q müşk, 105 q limon qabığı, 3,5 qram hind qozu tozu, 3,5 q darçın və bal

Hazırlanması: Bütün ədviyyatları toz halına gətirib kasada qarışdırın. Üzərində bal əlavə edin. Yaxşıca qarışdırandan sonra bir çay qaşığı yeyin. Ağız qoxusunu aradan qaldırmaq üçün son dərəcə güclü reseptdir.

Milli.Az


Etiketlər:  İbn Sinanın hər dərdə dəva MÜALİCƏ ÜSULLARI


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ