Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2021 11:55
1998-ci ildə Türkiyə gözəli seçilən Zeynep Tokuş illər sonra "Aşkın Kıyameti" filmi ilə yenidən çəkiliş meydanına qayıdıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, aktrisa özünün "Instagram" hesabından filmin çəkiliş meydanından maraqlı paylaşımlar edib. Şəkillərdə onun həmkarları Pınar Deniz, Boran Kuzum, Yigit Kirazçı, Gürhan Altundaşar və Seda Türkmənə yoqa dərsi verməsi əks olunub.
Qeyd edək ki, Zeynep Tokuş əvvəllər "Deli yürek" (1999), "Çocuklar duymasın" (2004) seriallarında iştirak edib. Lakin sonralar fəaliyyətini yoqa müəllimliyi ilə davam edib.