Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pakistanda sosial şəbəkələr bağlanıb

Pakistanda sosial şəbəkələr bağlanıb

Tarix: 22 Aprel 2021 21:12

Pakistan hökuməti ölkədəki təhlükəsizlik məqsədi ilə sosial şəbəkələrinin fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, Daxili İşlər Nazirliyi saat 11:00-dan gündüz saat 3:00-dək tvitter, feysbuk, vatsap, yutub və teleqram kimi sosial media platformlarının fəaliyyətini dayandırmaq barədə Telekommunikasiya İdarəsinə (PTA) göstəriş verib. Bununla bağlı PTA-nın açıqlamasında göstərilir: "İctimai asayiş və təhlükəsizliyini təmin etmək məqsədilə bir sıra sosial media tətbiqlərinə giriş müvəqqəti olaraq məhdudlaşdırılır".

Bu addım ölkədə ötən gün əks-terrorçuluq qanunu ilə qadağan edilmiş "Təhriki Ləbbeyk Pakistan" (Tehreek-i-Labbaik Pakistan - TLP) adlı təşkilatın üzvləri tərəfindən son günlər törədilən iğtişaşlarla bağlı atılıb. TLP-nin həbs edilmiş rəhbəri Səəd Rizvi hökumət nümayəndələri vasitəsilə yaydığı məktubunda tərəfdarlarını qanunlara əməl etməyə, yolları bağlamamağa, hüquq mühafizə qurumları ilə əməkdaşlığa çağırıb.


Etiketlər:  Pakistanda sosial şəbəkələr bağlanıb


RƏYLƏR