Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2021 12:50
ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan yeni administrasiya ilə məsləhətləşmə üçün paytaxt Vaşinqtondadır.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "TASS" agentliyi məlumat verib.
"Bu səhər Moskvada hava çox möhtəşəm idi. Geri qayıtdığım üçün xoşbəxtəm, ailəmi görməyi və rəhbərlikdəki həmkarlarımla görüşməyi səbirsizliklə gözləyirəm",- deyə Sallivan Dallas Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında bildirib.
C. Sallivan yaxın həftələrdə Rusiya və ABŞ Prezidentləri Vladimir Putinlə Co Baydenin planlaşdırılan görüşündən əvvəl Moskvaya dönəcəyini bildirib.
Xatırladaq ki, aprelin 16-sı Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvanın ABŞ-ın Rusiyadakı səfiri Con Sallivana "Vaşinqotona getməyi və orada ətraflı, ciddi məsləhətləşmələr aparmağı" tövsiyə etdiyini açıqlamışdı.