Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Həkimdən iddia: Bəzi şəxslər peyvəndin ikinci dozasından sonra... - VİDEO

Həkimdən iddia: Bəzi şəxslər peyvəndin ikinci dozasından sonra... - VİDEO

Tarix: 24 Aprel 2021 17:26

"Hazırda vaksinasiya prosesi ürəkaçan səviyyədə deyil"

Milli.Az bildirir ki, bunu ARB24-ün "Nə baş verir?" verilişinə açıqlamasında professor Adil Qeybulla deyib.

O bildirib ki, "Peyvəndin zamanında bizə verilməməsi, onun ölkələr arasında bərabər bölünməməsi və s. kimi obyektiv səbəblər nəticəsində bu hal müşahidə olunur. Bundan başqa vətəndaşlara da peyvənd olunması üçün rahat şərait yaradılmalıdır. Bu işin təşkilində ABŞ və digər ölkələrin modelini tətbiq edərək prosesi intensivləşdirməliyik".

A.Qeybulla peyvənd vurulan şəxslərin bəzisinin ikinci dozadan sonra belə virusa qarşı immuniteti olmayacağını bildirib:

"Peyvənd vurulan şəxslərin də koronaya yoluxma şansları var. Əvvəllər də qeyd etdiyim kimi, RNT daşıyıcısı olan viruslarda vaksin illüziyasına inanmamalıyıq. Təmaslar məhdudlaşdırılmalı, maskadan istifadəyə ciddi riayət edilməlidir. Müxtəlif yerlərdə insanlar arasında sıxlıq müşahidə olunur. Onun qarşısını almaq üçün müəyyən tədbirlər görülməlidir. Yoluxma hallarının əksəriyyətini kiminsə çöldə yoluxub, digər ailə üzvlərini də yoluxdurması təşkil edir. Bu səbəbdən ailəvi yoluxma halları üstünlük təşkil edir".

Milli.Az


Etiketlər:  Həkimdən iddia Bəzi şəxslər peyvəndin ikinci dozasından sonra VİDEO


RƏYLƏR