Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2019 16:03
Bakı. Trend:
İyulun 24-də təlim-məşq uçuşları zamanı qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin axtarışı üzrə keçirilən əməliyyatlara müasir sualtı robotlar və digər avadanlıqlar, o cümlədən xarici mütəxəssislər və peşəkar dalğıclar cəlb olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, əməliyyatlara əlavə qüvvələrin qatılması məqsədilə Türkiyə Respublikasının aidiyyəti qurumlarına da müraciət edilib. Yaxın zamanda türkiyəli mütəxəssislərin ölkəmizə gəlməsi gözlənilir.
Eyni zamanda, əməliyyatın əhatə sahəsi genişləndirilərək, ölkəmizin aidiyyəti qurumlarının xeyli sayda gəmi, kater və aviasiya vasitələri də axtarışlarda daim iştirak edirlər.
Qeyd edək ki, qəza baş verən andan bu günədək davam edən əlverişsiz küləkli hava şəraitinə baxmayaraq, Müdafiə nazirinin tapşırığına əsasən yaradılan komissiyanın rəhbərliyi ilə axtarış əməliyyatları hazırda da intensiv aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin