Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda yaxşı tanınan Donald Lu ABŞ dövlət katibinin köməkçisi təyin olunur

Bakıda yaxşı tanınan Donald Lu ABŞ dövlət katibinin köməkçisi təyin olunur

Tarix: 24 Aprel 2021 20:00

Prezident Cozef Bayden ABŞ-ın Qırğızıstandakı səfiri Donald Lu-nu Birləşmiş Ştatların dövlət katibinin Cənubi və Mərkəzi Asiya üzrə köməkçisi vəzifəsinə namizəd irəli sürməyə hazırlaşır. Virtualaz.org xəbər verir ki, bu barədə ABŞ-ın Qırğızıstandakı səfirliyi məlumat yayıb.

Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, Dövlət Departamentinin Cənubi və Mərkəzi Asiya işləri üzrə Bürosuna Mərkəzi Asiyanın 5 ölkəsi, habelə Hindistan, Pakistan, Əfqanıstan, Nepal, Şri-Lanka, Banqladeş, Maldiv və Butan daxildir.

"Səfirlik bunu bildirməkdən şaddır ki, səfir Lu Qırğızıstan-Amerika münasibətlərinin daha da dərinləşməsinə dair işləri Vaşinqtondan yeni vəzifədə davam etdirəcək",-diplomatik nümayəndəlik bildirir.

Donald Lu 2018-ci ildə ABŞ-ın Qırğızıstandakı səfiri təyin edilib. O, 2000-ci illərin ortalarında ABŞ-ın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili olub. Donald Lu-nun adı Azərbaycana məşhur WeakLeaks saytının ələ keçirib yaydığı ABŞ məxfi diplomatik teleqramlarından tanışdır.


Etiketlər:  Bakıda yaxşı tanınan Donald ABŞ dövlət katibinin köməkçisi təyin olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ