Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

TƏBİB-dən Kəmaləddin Heydərova cavab

TƏBİB-dən Kəmaləddin Heydərova cavab

Tarix: 24 Aprel 2021 21:22

TƏBİB fövqəladə hallar naziri Kəmaləddin Heydərovun FHN-in "Zığ" Modul Tipli Hospitalının həbs olunan baş həkimi İmran Ağayevlə bağlı açıqlamasına münasibət bildirib.

Sonxeber.net bildirir ki, TƏBİB-in yaydığı açıqlamada bildirilir ki, TƏBİB ilə Fövqəladə Hallar Nazirliyi və ya onun xəstəxanası arasında hər hansı müqavilə bağlanmayıb:

"Hospital FHN-nin Tibb Xidməti nəzdində fəaliyyət göstərir və TƏBİB tərəfindən həmin hospitalın baş həkim və əməkdaşlarının fəaliyyətinə bu və ya digər formada müdaxilə və ya nəzarətdən söhbət gedə bilməz".

Qeyd edilib ki, TƏBİB olaraq dəfələrlə ictimaiyyətə hər hansı neqativ hallarla rastlaşdıqda hüquq mühafizə orqanlarına məlumat vermələri barədə müraciət ediblər:

"Bundan başqa, fəaliyyətində nöqsanlara yol verən tibb işçilərinin ifşası istiqamətində tərəfimizdən də indiyədək müəyyən tədbirlər görülüb. Nöqsanlara yol verən, qanunsuz əməllərlə məşğul olanlar tutduğu vəzifədən uzaqlaşdırılıb,  bir çox tibb müəssisəsinin rəhbəri dəyişdirilib.

Bundan sonra da TƏBİB tərəfindən bu istiqamətdə ciddi mübarizə aparılacaq, kimliyindən asılı olmayaraq neqativ hallara yol verən şəxslərə qarşı hüquq-mühafizə orqanları ilə birlikdə müvafiq tədbirlər görüləcək".

Qeyd edək ki, Kəmaləddin Heydərov açıqlamasında İmran Ağayevin FHN-in işçisi olmadığını, həbs edilən baş həkim və digər əməkdaşların TƏBİB-lə müqavilə əsasında işlədiyini bildirmişdi.


Etiketlər:  TƏBİB dən Kəmaləddin Heydərova cavab


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ