Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2021 10:33
Fransanın Paris şəhərində yaşayan və təhsil alan gənc soydaşımız İsgəndər Əsgərovun təşəbbüsü ilə Ermənistanın mina xəritələri ilə bağlı yolverilməz davranışına etiraz əlaməti olaraq fərdi aksiya keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Sonxeber.net-a verilən məlumata görə, Parisdəki parlament binasının önündə baş tutan aksiya zamanı soydaşımız "Minalanmış torpaqlarımızın xəritəsini istəyirik!" tələbini nümayiş etdirib. Bununla da İ.Əsgərov parislilərin diqqətini Ermənistanın beynəlxalq humanitar hüququ və etnik azərbaycanlıların 30 ilə yaxın müddət ərzində həsrətini çəkdikləri doğma yurd-yuvalarına qayıtmaq, orada yaşamaq hüququnu məqsədli şəkildə və kobudcasına pozduğuna cəlb edib.
Qeyd edək ki, Ermənistanın minalanmış ərazilərə aid xəritələri verməkdən imtina etməsi və qondarma erməni soyqırımı iddiası ilə bağlı Fransa paytaxtında, pandemiya qaydalarına uyğun, müxtəlif xarakterli tədbirlərin keçirilməsi nəzərdə tutulur.