Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dueyn Consonun 47 milyonluq evindən FOTOlar

Dueyn Consonun 47 milyonluq evindən FOTOlar

Tarix: 25 Aprel 2021 11:00

Hollivud ulduzu Dueyn Conson mülklərinin sayını artırıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, aktyor, "Beverly Park" ərazisində yerləşən geniş ev alıb. Conson malikanəyə 27,8 milyon dollar(47 milyon 260 min manat) ödəyib.

Lüks villada 12 vanna otağı mövcuddur. 14 min kvadratmetrlik ərazidə tennis meydançası, açıq və qapalı hovuz, SPA salonu, səs yazma studiyası, musiqi otağı, kinoteatr və lift də var. Dueyn yeni evində Denzl Vaşinqton, Eddi Mörfi, Sofia Verqara, Silvestr Stalloni, Rod Stüart kimi düyna ulduzları ilə qonşu olub.

Xatırladaq ki, 48 yaşlı aktyorun sərvəti 320 milyon dollar təşkil edir. Conson 2020-ci ildə 87 milyon 500 min dollar gəliri ilə "ilin ən çox qazanan aktyorları" sırasında birinci yerin sahibi olub.

Milli.Az


Etiketlər:  Dueyn Consonun 47 milyonluq evindən FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ