Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Özəl mülkiyyəti olanların nəzərinə: Vergi ödəməlisiniz - VİDEO

Özəl mülkiyyəti olanların nəzərinə: Vergi ödəməlisiniz - VİDEO

Tarix: 26 Aprel 2021 11:40

Özəl mülkiyyətə sahib olan vətəndaşlara əmlak vergisi ödəmələri barədə bələdiyyələr tərəfindən bildiriş göndərilir. Bu bildirişlər isə hər ay Mənzil Tikinti Kooperativlərinə (MTK) ödəniş edən vətəndaşların narazılığına səbəb olub.

Sonxeber.net xəbər verir ki, məsələ ilə bağlı "ARB Xəbər"ə açıqlama verən ekspert Vüqar Tofiqli MTK-lara ödənilən ödənişlərin qanunsuz, əmlak vergisinin isə qanunla qəbul edilmiş norma olduğu olduğunu deyib.

"Özəl mülkiyyətə sahib olan vətəndaşlar qanunvericiliyə əsasən bələdiyyələrə olan əmlak vergisini ödəməlidirlər. MTK o səlahiyyəti müəyyən mənada qanunsuz olaraq mənimsəyib və həyata keçirib. Əslində sözügedən binalarda yaşayan sakinlər özləri "mənzil müştərək cəmiyyəti" yaratmalı və binanın idarəedilməsi həmin cəmiyyət tərəfindən həyata keçirilməlidir".

Daha ətraflı süjetdə:


Etiketlər:  Özəl mülkiyyəti olanların nəzərinə Vergi ödəməlisiniz VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ