Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirus xəstəsi mağazada saxlanılıb - VİDEO

Koronavirus xəstəsi mağazada saxlanılıb - VİDEO

Tarix: 26 Aprel 2021 15:54

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar həyata keçirilən nəzarət tədbirləri zamanı aktiv koronavirus xəstəsi mağazada aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, ev şəraitində müalicəyə cəlb olunan rayon sakini Eldəniz Yusifova sosial izolyasiya qaydalarına riayət etməsi barədə xəbərdarlıq edilib. Buna baxmayaraq o, qaydaları pozaraq mağazaya gedib, digərlərinin də həyat və sağlamlığı üçün real təhlükə yaradıb. Polis əməkdaşları tərəfindən həmin şəxs yaşadığı ünvana geri qaytarılıb.

E.Yusifov barəsində cinayət işi başlanılıb.

Milli.Az


Etiketlər:  Koronavirus xəstəsi mağazada saxlanılıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ