Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Liverpul"dan darmadağın

Tarix: 27 Aprel 2019 00:56

İngiltərə Premyer Liqasında 36-cı tur başlayıb.

Qol.az-ın məlumatına görə, turun ilk oyununda "Liverpul" "Haddersfild"i qəbul edib və 5:0 hesabı ilə qalib gəlib.

"Liverpul" - "Haddersfild" - 5:0
Qollar:
Keyta, 1, Mane, 23, Salah 45, Mane, 66, Salah, 83

Bu qələbə ilə xalını 91-ə çatdıran Yürgen Kloppun komandası liderliyə yüksəlib. Ancaq 89 xalı olan "Mançester Siti" bu turda "Bernli"ni məğlub etsə, yenidən liderliyi qaytaracaq.

Qeyd edək ki, "Tottenhem"  70 xalla 3-cü pillədə qərarlaşıb. "Haddersfild" isə 14 xalla 20 komanda arasında sonuncu pillədə qərarlaşıb.

 


Etiketlər:  Liverpuldan darmadağın


RƏYLƏR