Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İctimai nəqliyyatda süni qiymət artımına qarşı tədbirlər görülüb

İctimai nəqliyyatda süni qiymət artımına qarşı tədbirlər görülüb

Tarix: 27 Aprel 2021 15:20

Gəncə, Şəki, Quba, Lənkəran, Şirvan şəhərlərində fevral ayı üzrə avtobusların hərəkət intensivliyi və süni qiymət artımı ilə bağlı nəqliyyat könüllüləri tərəfindən sərnişinlər arasında anonim sorğu keçirilib.

Bu barədə Sonxeber.net-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildiriblər. Qeyd olunan narazılıqlarla bağlı müvafiq qaydada tədbir görülüb:

"Xidmətdə vətəndaş məmnuniyyətinin müəyyən edilməsi məqsədilə mart ayında Bakı, Xırdalan və Sumqayıt şəhərlərində vətəndaşlar arasında nəqliyyat könüllüləri tərəfindən anonim sorğu təşkil edilib.

Fevral ayının 19-da daşıyıcı şirkət rəhbərləri ilə regional şöbələrin vəzifəli şəxsləri arasında fərdi görüş keçirilib. Görüş zamanı ictimai nəqliyyata əmək müqaviləsi ilə işə cəlb olunan sürücülərin pandemiya zamanı süni qiymət artımına yol vermə halları aşkarlanarsa, müvafiq qaydada tədbirlərin görülməsi ilə bağlı xəbərdarlıq edilib".


Etiketlər:  İctimai nəqliyyatda süni qiymət artımına qarşı tədbirlər görülüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ